Xəzər Xəbər

“Star” zavodu hər il Azərbaycana 614 milyon dollar gəlir gətirəcək

İqtisadiyyat | 11:35 • 29 Sentyabr 2017
“Star” zavodu hər il Azərbaycana 614 milyon dollar gəlir gətirəcək

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi "Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək.

Xezerxeber.az SOCAR-a istinadən xəbər verir ki, növbəti 10 il ərzində isə "Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir.

Xatırladaq ki, "Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Tikintisi "Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilən "Star” neft emalı zavodunda ümumi işlərin indiyədək 93 faizi tamamlanıb. Zavodun gələn il istismara verilməsi planlaşdırırlır.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, "Goldman Sachs” - 13 faiz.

Xəbər lenti