Xəzər Xəbər

ABŞ-ın xam neft ehtiyatları azalıb

İqtisadiyyat | 11:42 • 28 Sentyabr 2017
ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,8 milyon barrel (0,4 faiz) azalaraq 471 milyon barrel olub.


AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,4 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 4,6 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 3 həftə artdıqdan sonra yenidən azalıb.


ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 0,8 milyon barrel (0,1 faiz) azalaraq 674,6 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 1,1 milyon barrel (0,5 faiz) artaraq 217,3 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 0,9 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,1 milyon barrel azalmışdı.


Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 37 min barrel artaraq sutkada 9,54 milyon barrelə çatıb. ABŞ-ın neft idxalı hesabat həftəsində gündəlik orta hesabla 59 min barrel artaraq sutkada 7,42 milyon barrel olub. Ölkənin xam neft ixracı isə gündəlik 563 min barrel artaraq 1,49 milyon barrelə çatıb.

Xəbər lenti