Xəzər Xəbər

Azərbaycan narı daha geniş həcmdə ixrac olunacaq

İqtisadiyyat | 10:15 • 28 Sentyabr 2017
Azərbaycan narı daha geniş həcmdə ixrac olunacaq

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib.


Fonddan verilən məlumata görə, nar istehsalçıları və ixracatçılarının iştirak etdiyi iclasda narın xarici bazarlara daha geniş həcmdə çıxarılması və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsi müzakirə olunub.

"Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulları arasında nar və nardan hazırlanan məhsulların ixrac bazarları barədə məlumat verib, nar istehsalçılarını "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan ixrac missiyalarında, beynəlxalq sərgi və yarmarkalarda, həmçinin təşviqat və təbliğat xarakterli digər mühüm tədbirlərdə fərdi qaydada iştirak etməyə dəvət edib. İclasda Assosiasiyanın təşkilati məsələlərinə də baxılıb.

Qeyd edək ki, assosiasiya istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, yüksək keyfiyyətli xammal təchizatı və ixracının təşviq edilməsi istiqamətində fəaliyyət göstərir.

Xəbər lenti