Xəzər Xəbər

Nazirdən turistlərin davranışları ilə bağlı AÇIQLAMA

İqtisadiyyat | 12:18 • 27 Sentyabr 2017
Nazirdən turistlərin davranışları ilə bağlı

"Azərbaycana turist axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Lakin biz dünyada tanınmaq istəyiriksə, o zaman başqa ölkələrdən insanlar gəlib Azərbaycanı görməlidirlər".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

Ə.Qarayev bildirib ki, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdır:

"Bütün insanlara üzümü tuturam: Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər bizi tanımaqlarını istəyiriksə, bu yolda müəyyən qədər iş görülməlidir".

Xəbər lenti