Xəzər Xəbər

Azərbaycanla Belarus Türkiyədə traktor istehsalı zavodu inşa edəcək

İqtisadiyyat | 10:20 • 27 Sentyabr 2017
Azərbaycanla Belarus Türkiyədə traktor istehsalı zavodu inşa edəcək

Minsk traktor zavodu (MTZ) və "Gəncə Avtomobil Zavodu" İB Türkiyədə traktor istehsalına başlayacaq.


"APA-Economics"in türk mətbuatına istinadən verdiyi məlumata görə, MTZ-nin baş direktoru Fyodor Domotenko deyib ki, bununla bağlı "Gəncə Avtomobil Zavodu" İB ilə müqavilə imzalanıb.


Müqaviləyə əsasən, ilkin mərhələdə Türkiyəyə Azərbaycanda yığılacaq traktorlar satılacaq, növbəti mərhələdə isə qardaş ölkədə bu kənd təsərrüfatı texnikasının istehsalına başlanılacaq.

"İlkin mərhələdə planlaşdırdığımız büdcə 5 mln. dollardır", - deyə F.Domotenko bildirib.

"Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev isə ilk 3 il ərzində 2500-3000 ədəd texnikanın Türkiyəyə tədarük edilməsi nəzərdə tutulub: "Bu hədəfə yalnız Türkiyədə birgə müəssisə qurmaqla çata bilərik".

Xəbər lenti