Xəzər Xəbər

Yeni dijital pul vahidi istifadəyə veriləcək

İqtisadiyyat | 15:24 • 26 Sentyabr 2017
Yeni dijital pul vahidi istifadəyə veriləcək

Yaponiya dünyaya yeni valyuta təqdim edəcək.

Yeni pul vəsaiti dünyanın ən böyük banklarından biri olan Yaponiyanın "JP Morgan” şəbəkəsi tərəfindən bazara çıxarılacaq.

Bankın rəsmi nümayəndəsi Cemi Dimon "J Coin” adlı yeni valyutanın dijital pul sektoruna yenilik gətirəcəyini bildirilib.

Yapon bankları dijital pul vahidini 2020 Tokio Olimpiya Oyunlarına qədər tanıtmağı planlaşdırır.

Dijital pulların transferi və ödəmələr ağıllı telefonlar vasitəsilə aparılacaq. Bununla yanaşı, rəqəmsal pullar mağazalardakı QR kodlar vasitəsilə rahatlıqla oxunacaq. Pul vəsaiti ilə bağlı bütün xidmətlər banklar tərəfindən ödənişsiz təşkil ediləcək./publika.az

Xəbər lenti