Xəzər Xəbər

Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

İqtisadiyyat | 10:52 • 23 Sentyabr 2017
Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələri açıqlayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.

Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.

Mərkəzdən bildirilib ki, şprislərin, təzyiq ölçən aparatların, termometrlərin gətirilməsi üçün tibb vasitələrinin idxalı üçün nəzərdə tutulan sənədlərin olması tələb edilir.

Xəbər lenti