Xəzər Xəbər

“Brent”in qiyməti son 5 ay yarımın maksimumuna çatıb

İqtisadiyyat | 10:52 • 23 Sentyabr 2017
“Brent”in qiyməti son 5 ay yarımın maksimumuna çatıb

"Brent” markalı xam neftin bir barrelinin qiyməti son 5 ay yarımın maksimumuna çatıb.


AZƏRTAC xəbər verir ki, "Brent” markalı neftin qiyməti 56,91 dollar/barrelədək bahalaşaraq martın 1-dən indiyədək ən yüksək səviyyəyə qalxıb.


"Brent” neftinin qiyməti bazar ertəsindən bu vaxtadək isə 2,4 faiz artıb.


Hazırda "Brent” nefti Londonun ICE birjasında 56,86 dollar/barreldən, "Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 50,66 dollar/barreldən alıcı axtarır.


Ekspertlərin fikrincə, qiymət artımına səbəb Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada keçirdiyi iclasın müsbət keçməsi və ABŞ-da neft quyularının sayının azalmasıdır. Qlobal neft tədarükünün avqustda azalması, həmçinin OPEC+ sazişinə əməl etmə səviyyəsinin artması da "qara qızıl”ın qiymətinin bahalaşmasındakı əsas faktorlardandır.

Xəbər lenti