Xəzər Xəbər

Mərkəzi Bank hərrac keçirəcək

İqtisadiyyat | 11:12 • 22 Sentyabr 2017
Mərkəzi Bank hərrac keçirəcək

Sentyabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

XəzərXəbər Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

Xəbər lenti