Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 58 dollar/barrelə çatır

İqtisadiyyat | 11:46 • 20 Sentyabr 2017
Azərbaycan neftinin qiyməti 58 dollar/barrelə çatır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 49,86 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar artaraq 55,41 dollar olub.

XəzərXəbər xəbər verir ki, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 57,87 dollar təşkil edib.

Xəbər lenti