Xəzər Xəbər

Azərbaycan bəzi məhsulları Çinə daha ucuz ixrac edə bilər

İqtisadiyyat | 17:38 • 19 Sentyabr 2017
Azərbaycan bəzi məhsulları Çinə daha ucuz ixrac edə bilər

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əsas problem ixrac potensialının artırılmasıdır. Hazırda Çin ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində münasibətlər yüksələn xətlə inkişaf edir.

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində idxal cəmi 8 milyon, ixrac isə 2 milyon ABŞ dollarından artıq olmayıb. Nazir deyib: "Bu gün mövcud sahədə əsas məsələ ixrac potensialını artırmaq problemidir. Artıq ixracı artırmaq üçün böyük potensialımız var. Çinə yun, meyvə, şərab məhsullarını 2-2,8 dəfə daha ucuz ixrac edə bilərik. Bundan sonrakı danışıqlarda əsasən bu məsələlər yer tutacaq. Kənd təsərrüfatı sahəsinin İKT avadanlığı ilə təmin edilməsi iqtisadi-siyasi münasibətləri özündə əks etdirməklə yanaşı, müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayacaq”.

Xəbər lenti