Xəzər Xəbər

Gözlər FED-in iclasında: mühüm qərarlar verilə bilər

İqtisadiyyat | 14:44 • 19 Sentyabr 2017
Gözlər FED-in iclasında:

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin avqust ayında sürətlənmiş inflyasiyaya baxmayaraq faizləri artırmayacağı gözlənilir. Onlar inflyasiyanın sürətləndiyinə dair daha çox sübut görmək üçün gözləməyi üstün tutacaqlar.

"Bloomberght”yə istinadən, FED-in çərşənbə günü faizləri 1-1.25% aralığında saxlayacağı gözlənərkən, 4.5 trilyon dollarlıq balansını azaltmağa başlayacağını açıqlayacağı gözlənilir. Balansın azaldılması addımı, bazarlarda yaxından izlənməklə bərabər, istiqraz bazarlarında narahatlığa səbəb olub.

FED mərhələli faiz artımı planından geri çəkilməyə dair heç bir işarə verməyib.

FED-in iclası sentyabrın 19-20 tarixlərində baş tutacaq.

İnflyasiya məsələsində gərginliyə baxmayaraq, FED balans kiçiltmə planlarını qətiyyətlə davam etdirir. FED çərşənbə günü balans kiçiltmə prosesinin başlanğıc tarixini böyük ehtimalla açıqlayacaq. Əksər iqtisadçı bu prosesin oktyabr ayında başlamasını gözləyir.

"Bloomberg” tərəfindən 42 iqtisadçının iştirakı ilə keçirilən sorğuya görə, FED bu həftəki toplantısında faiz artımına getməyəcək. Amma dekabr ayında faiz dərəcələrini 0,25% artıra bilər və FED bu istiqamətdə irəliləyəcək.

İqtisadçılar FED-in 2018-ci ildə hələ də üç dəfə faiz artımına getməsini gözləyir, amma, onlar ilkin artımın iyun ayına qədər baş verməsini gözləmir.

Xəbər lenti