Xəzər Xəbər

Paxlava ixracından 1,5 milyon dollar gəlir

İqtisadiyyat | 17:02 • 18 Sentyabr 2017
Paxlava ixracından 1,5 milyon dollar gəlir

Bu ilin 8 ayında Türkiyə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və Çin daxil olmaqla, 18 ölkəyə 130 ton paxlava ixrac edib. Qonşu ölkənin paxlava ixracından qazancı 1 milyon 477 min 499 dollar təşkil edib.

Bu il ən çox paxlava ixracı – 36 ton ABŞ-a reallaşdırılıb. İkinci sırada Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Almaniya yer alıb.

Qeyd edək ki, Türkiyə, eyni zamanda, Azərbaycan, İraq, Qətər, Suriya, Küveyt, Çin, İsveçrə, Fələstin və digər ölkələrə paxlava ixrac edir.

Xəbər lenti