Xəzər Xəbər

Rusiyada benzinin qiyməti bahalaşa bilər

İqtisadiyyat | 11:01 • 18 Sentyabr 2017
Rusiyada benzinin qiyməti bahalaşa bilər

Rusiya hökuməti yanacağa görə aksiz vergisinin yenidən artırılmasını planlaşdırır. Qiymət artımı iki mərhələdə – yanvarın 1-dən və iyulun 1-dən 50 qəpik həyata keçiriləcək.

Bu barədə "Vedomsti” nəşrinə açqılamasında federal məmur bildirib. Onun sözlərinə görə, bu, ilkin qərar olsa da, dəyişdiriləcəyi güman edilmir.

Ekspertlər hesab edir ki, yanacağa görə aksiz vergisinin yenidən artırılması benzinin qiymətinə təsir edəcək və yanacağa olan tələbatı azaltmayacaq.

Qanuna əsasən Rusiya hökuməti yanacağa görə aksiz vergisini 50 qəpik qaldıra bilməz. Vergi Məcəlləsində göstərilib ki, yanacağa görə aksiz vergisi infilyasiyanın dörd faizi qədər qalxa bilər. Bu isə benzində təxminən 30 qəpik, dizeldə isə 23 qəpik edir.

Xəbər lenti