Xəzər Xəbər

Bitcoin müharibəsi qızışır: DÖVLƏTLƏR NARAHATDIR

İqtisadiyyat | 13:14 • 15 Sentyabr 2017
Bitcoin müharibəsi qızışır:

"İnternetin banksız və dövlətsiz pul vahidi" kimi tanınan "Bitcoin" və bunun kimi digər virtual pul vahidlərinin istifadəsi artdıqca və genişləndikcə, böyük iqtisadiyyatlara nəzarət edən dövlətlər hər gün daha da dərinləşən virtual pul bazarlarının tənzimləməsinə ehtiyacı görürlər.

XəzərXəbər-in məlumatına görə, "Bitcoin" havadarları isə internetdə istifadə üçün 2009-cu ildə ortaya çıxan "Bitcoin" və daha sonra digər virtual pul vahidlərinin internet məkanında sərbəst işlədilməsinə davam edilməsini və məhdudlaşdırılmamasını istəyir.

Çin hökuməti ötən ay virtual pul vahidlərinin pul toplamağı qadağan edib. İndi də yeni qadağalar tətbiq edərək "Bitcoin" kimi virtual pul bazarında alqı-satqı əməliyyatlarını yoxlamaq, bu bazarda yaranan maliyyə riskləri ilə manipulyasiya və spekulyasiyaların qarşısını almaq, xüsusən "Bitcoin"in Çin yuanı və ABŞ dolları kimi digər pul vahidlərinə çevrilməsini məhdudlaşdıraraq valyuta ticarətini sıxlaşdırmaq istəyir.

Rusiyada isə avqustun sonunda təxminən 500 milyon rubl dəyərində "Bitcoin" ticarəti aparmaq istəyən 3 nəfər həbs edilib. "Çirkli pul" yumaq üçün istifadə edilən virtual pul vahidlərinin qarşısını almaq istəyən Rusiya hökuməti "Bitcoin" və oxşar pul vahidlərinin rubla çevrilməsinə mane olmağa çalışır.

Hükumətlər virtual pul bazarından geri qalmamağa çalışır


ABŞ-dakı beynəlxalq hüquq firması "K&l Gates"in rəhbəri Robert Krea açıqlamasında bildirib ki, hökumətlərin əsas narahatçılığı virtual pul bazarlarında ortaya çıxan dələduzluq, "çirkli pul" yumaq, vergi qaçaqmalçılığı və kiber təhlükəsizlik riskləridir.

Virtual pul bazarlarında tənzimləmə mütəxəssisi olan Krea, "virtual pul bazarları genişləndiyi və dərinləşdiyi üçün hökumətlər də geri qalmamağa çalışır. Bu cür bazarlarda hazırda çox az tənzimləmə var. Kiber təhlükəsizlik qayğıları bir tərəfə, ölkələrin daşınmaz əmlak və valyuta bazarları da virtual pul vahidlərinə qarşı təmkinli yanaşır. Bu səbəbdən hökumətlər virtual pul vahidlərinə və ümumiyyətlə bu cür bazarlara nəzarətə ehtiyac duyurlar", - deyə bildirib.

Bu gün dünya üzrə təxminən 6 milyon insanın "Bitcoin" istifadəçisi olunduğunun təxmin edildiyini bildirən Krea, internet vasitəsi ilə rəqəmsal ödəmə sistemi olan "Bitcoin"in təkamül keçirərək bu gün digər pul vahidlərinə çevrildiyini, qlobal pul vahidi olduğunu deyib.

Çinin sərt valyuta nəzarəti fəaliyyətlərinə diqqəti çəkən Krea, bu ölkədəki "Bitcoin" istifadəçilərinin ölkənin sərt valyuta nəzarəti qaydalarından qaçmağa çalışdığını vurğulayıb.

ABŞ birjalarında "Bitcoin" əməliyyatına icazə verilmədi

Bir müddət əvvəl SEC (Amerika Birləşmiş Ştatlarında birja və kapital bazarlarına nəzarət edən və tənzimləyən dövlət qurumu) "Bitcoin"in Birja İnvestisiya Fondu olmağa yönəlik müraciətini rədd etdi və "Bitcoin"in ABŞ birjalarında iş görməsinə icazə vermədi.

SEC tərəfindən yayımlanan yazılı açıqlamaya görə, "Bitcoin"in müraciəti idarə olunan fəaliyyətlərin qarşısının alınması üçün lazımlı şərtlərə cavab vermədiyi üçün qəbul edilməyib.

ABŞ-ın beynəlxalq investisiya bankı olan "J.P.Morqan Chase"in İcraçı Direktor Ceymi Dimon isə verdiyi açıqlamada "Bitcoin"in "saxtakarlıq" və "abstrakt" olduğunu söyləyib. O, bankındakı işçilərin "Bitcoin" ticarəti etməsi halında onları qovacağını açıqlayıb.

Xəbər lenti