Xəzər Xəbər

İyulda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi azalıb

İqtisadiyyat | 17:14 • 8 Sentyabr 2017
İyulda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi azalıb

2017-ci il avqustun 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 860,7 mln. manat təşkil edib ki, bunun da 1,822 mlrd. manatı (26,55%) milli valyuta, 5 mlrd. 38,7 mln. manatı (73,45%) isə xarici valyuta ilə yerləşdirilib.


Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 316 mln. manat və ya 21% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 299,1 mln. manat və ya 20,5% azalma var.

Bununla yanaşı, cari ilin iyun ayı ilə müqayisədə iyulda manatda olan əmanətlərin həcmi 16,4 mln. manat və ya 0,89% azalıb, xarici valyutada olan əmanətlərin həcmi isə 30 mln. manat və ya 0,59% azalıb.

Xəbər lenti