Xəzər Xəbər

Azərbaycan Gürcüstan iqtisadiyyatına 224 milyon dollar investisiya qoyub

İqtisadiyyat | 16:57 • 8 Sentyabr 2017
Azərbaycan Gürcüstan iqtisadiyyatına 224 milyon dollar investisiya qoyub

Cari ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 224,2 milyon ABŞ dolları həcmində sərmayə qoyub.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 20,3 faiz azalıb.

Cari ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 751 milyon dollar təşkil edib. Buna baxmayaraq Azərbaycan bu göstərici ilə qonşu ölkənin xarici investorları sırasında liderliyini qoruyub saxlaya bilib.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 36,6 faizi Azərbaycanın payına düşüb. Gürcüstana ən çox investisiya yatırmış ölkələr sırasında ikinci yerdə Niderland (12,4 faiz), üçüncü yerdə isə Türkiyə (11,3 faiz) dayanır.

Qeyd olunan dövrdə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, mehmanxana və restoranlar, energetika və daşınmaz əmlak sektorlarına yönəldilib. (AZƏRTAC)

Xəbər lenti