Xəzər Xəbər

Qeyri-rezident şəxslər Azərbaycanda ev ala bilərlərmi?

İqtisadiyyat | 14:40 • 8 Sentyabr 2017
Qeyri-rezident şəxslər Azərbaycanda ev ala bilərlərmi?

Qeyri-rezident şəxslər Azərbaycan ərazisində yaşayış evi ala bilərmi və buna görə vergi ödəməlidirmi?


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, qeyri-rezident şəxslər tərəfindən Azərbaycan Respublikasında qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə edilməsinə məhdudiyyət qoyulmayıb.


Həmçinin yaşayış sahəsinin satılması zamanı verginin məbləği mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat, habelə əmlakın yerləşdiyi zonadan asılı olaraq Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla alqı-satqı müqavilələrini təsdiqləyən notarius tərəfindən hesablanır və ödəmə mənbəyində vergiyə cəlb olunur.

Xəbər lenti