Xəzər Xəbər

Avtomobillərin icbari sığortası 23 faiz artıb

İqtisadiyyat | 14:39 • 8 Sentyabr 2017
Avtomobillərin icbari sığortası 23 faiz artıb

Cari ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 114 555 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. İSB-dən xezerxeber.az-a verilən xəbərə görə, bunlardan 17903-ü xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 8 833 587 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 23% artım, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Xəbər lenti