Xəzər Xəbər

Maliyyə Nazirliyi hərrac keçirdi

İqtisadiyyat | 18:25 • 22 Avqust 2017
Maliyyə Nazirliyi hərrac keçirdi

Avqustun 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən XəzərXəbər-ə bildiriblər ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.0051 AZN (12,8601 faiz) və 96.6452 AZN (7,0000 faiz) olan 22 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8,9999 faiz), orta ölçülmüş qiyməti 95.7845 AZN (8,8749 faiz) müəyyənləşdirilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 56,866,800.00, yerləşdirilmiş həcmi isə 20 milyon manat olub.

İstiqrazlar 2019-cu il fevralın 20-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 23-dək tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Xəbər lenti