Xəzər Xəbər

Bu il Azərbaycan Ukraynadan 25,6 milyon dollarlıq siqaret alıb

İqtisadiyyat | 13:16 • 21 Avqust 2017
Bu il Azərbaycan Ukraynadan 25,6 milyon dollarlıq siqaret alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Ukraynadan 25,6 milyon dollar məbləğində siqaret alıb.


AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hesabat dövründə siqaretin ən iri idxalçısı Yaponiya olub. Ukraynadan bu ölkəyə 37,2 milyon dollarlıq siqaret məhsulu ixrac edilib. Gürcüstan 28,9 milyon dollar, Azərbaycan isə 25,6 milyon dollar məbləğində siqaret alıb.


Qeyd edək ki, Ukrayna bu müddətdə 147,303 milyon ABŞ dolları məbləğində siqaret, siqar və papiros məhsulları ixrac edib. Yanvar-iyulda siqaret idxalı 29,6 milyon dollar təşkil edib.

Xəbər lenti

Çox oxunanlar