Xəzər Xəbər

Bu gün Vyanada toplaşacaqlar

İqtisadiyyat | 12:36 • 21 Avqust 2017
Bu gün Vyanada toplaşacaqlar

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri avqustun 21-də Avstriyanın paytaxtı Vyanada görüşəcək.

OPEC xəbər verir ki, OPEC üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri avqustun 25-dək neft hasilatının azaldılması üzrə sazişi nəzərdən keçirəcəklər.

OPEC+ ölkələrin nümayəndələrinin bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması sazişi üzrə öhdəliyə əməl edilmə faizini artırmağın yollarını müzakirə etmələri gözlənilir.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti