Baş nazir Artur Rasizadə "Kənd
təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik
əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi
Qaydaları”na dəyişiklik edib.
Dəyişikliyə
görə, qaydalarda "pambıq və tütün” sözləri "pambıq, tütün və şəkər
çuğunduru” sözləri ilə əvəz edilib. Bundan əlavə dəyişikliyə əsasən
"becərilən bitkilər” sütununda "şəkər çuğunduru” sözləri "yonca” sözü
ilə əvəz edilib. Yəni həmin qaydalarla təsdiq edilmiş əlavəyə görə, kənd
təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin
becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda
və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların
verilməsi şəkər çuğunduru və yonca əkini ilə məşğul olan şəxslərə şamil
olacaq. Onlara hər il 50 manat yardım verilməsi nəzərdə tutulur.