Xəzər Xəbər

Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər ABŞ-ı çökdürəcək AÇIQLAMA

İqtisadiyyat | 16:19 • 25 İyul 2017
Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər

Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristina Laqarde Qlobal İnkişaf Mərkəzinin Vaşinqtondakı tədbirində önəmli açıqlamalar verib.

O, Çinin və digər nəhəng dövlətlərin böyüməkdə olan bazarlarının inkişaf trendinin davam edəcəyi təqdirdə, yaxın gələcəkdə Valyuta Fondunun mərkəzinin Vaşinqtondan Pekinə köçürüləcəyini deyib.

BVF-nin qanunlarına görə, mərkəzi ofis fondun üzvləri arasında ən böyük iqtisadiyyata malik olan ölkədə yerləşdirilməlidir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu qurulduğu ildən bu zamana qədər ABŞ-da yerləşib. Bu ölkənin BVF qərarlarına veto qoymaq haqqı mövcuddur. Eyni zamanda, ABŞ fondun idarə heyətində 16,5 söz haqqına sahibdir.

Fondun mərkəzinin Vaşinqtondan köçürülməsi bütün bu avantajların ABŞ-ın əlindən alınacağı anlamına gəlir. Bununla da ABŞ iqtisadiyyatı və valyutası ciddi böhrana məruz qalacaq./publika.az

Xəbər lenti