Xəzər Xəbər

Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

İqtisadiyyat | 18:11 • 21 İyul 2017
Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli Sərəncamının icrasına uyğun olaraq, barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə beş manat məbləğində subsidiya verilir. Bununla əlaqədar iyulun 19-da Respublika Komissiyasının iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, iclasda barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 9 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 488 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 47 min 944 kiloqram yaş baramanın hər kiloqramına görə beş manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına, ümumilikdə, 239 min 722 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Digər rayonlardan sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə qısa müddətdə baxılacaq.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

Xəbər lenti