Xəzər Xəbər

Zoologiya İnstitutu kənd təsərrüfatı məhsulları yetişdirdi - əməkdaşlarına payladı - FOTO

İqtisadiyyat | 12:32 • 20 İyul 2017
Zoologiya İnstitutu kənd təsərrüfatı məhsulları yetişdirdi -

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində ilk dəfə yetişdirilən kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İnstitutun bir qrup əməkdaşı məhsul yığımında yaxından iştirak edirlər.

Zoologiya İnstitutundan xezerxeber.az-a bildiriblər ki, toplanan kartof, sarımsaq, qarğıdalı, qarpız kimi kənd təsərrüfatı məhsulları artıq bu elm müəssisəsinin bütün əməkdaşlarına paylanılıb. Hər əməkdaşa 20 kiloqrama yaxın kartof, 1 kiloqram sarımsaq və digər kənd təsərrüfatı məhsulları verilib. Məhsul yığımı hələ də davam edir.

Qeyd edək ki, institutun əməkdaşlarına bal və digər kənd təsərrüfatı məhsulları da paylanılacaq.

Xəbər lenti