Xəzər Xəbər

Bakı-Tbilisi-Qars dəmir yolu çərçivəsində Qarsda logistik mərkəz yaradılacaq

İqtisadiyyat | 11:04 • 20 İyul 2017
Bakı-Tbilisi-Qars dəmir yolu çərçivəsində Qarsda logistik mərkəz yaradılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.


AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bununla əlaqədar Qarsda müqavilə imzalanıb.


"Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov dəmir yolunun Qars əyalətində davam edən inşaat işləri ilə tanış olub, imzalanma mərasimində iştirak edib.


C.Qurbanov "TRT Xəbər” telekanalına müsahibəsində deyib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq.


"Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”, - deyə, C.Qurbanov vurğulayıb.


O, həmçinin Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin ildə 500 min konteynerə qədər artacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti