Xəzər Xəbər

Az benzin işlədən maşınlara tələb artır

İqtisadiyyat | 10:44 • 18 İyul 2017
Az benzin işlədən maşınlara tələb artır

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, onun qiyməti qaldırıldı.
Belə ki, Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpikdən 90 qəpiyə qalxıb.

30 faizlik bu artım avtomobil sahiblərinin büdcəsinə müəyyən qədər təsir edəcək. Çoxları düşünür ki, benzinin bahalaşması mühərriki kiçik həcmli olan və ya dizel yanacağı ilə işləyən avtomobillərə marağı artıracaq...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a deyib ki, Azərbaycanda mühərriki kiçik həcmli olan avtomobillərə maraq çox deyil.

"Buna baxmayaraq kiçik həcmli mühərriklərə maraq az da olsa artacaq. Son zamanlar bazarlarda dizel mühərrikli avtomobillərə tələb artır. Artıq satıcılar bu barədə müəyyən fikirlər səsləndirirlər. Amma bunun ümumilikdə bazarı əhəmiyyətli şəkildə dəyişdirməsi gözlənilmir”.

Ekspert bildirib ki, avtomobillərin qiymətində artım müşahidə edilir.

"Son 1-2 ay ərzində avtomobillərin qiymətində artım olub. Bu, mövsümlə əlaqəlidir. Yay mövsümündə qısa müddətdə bazarda təklif azalır deyə, qiymət artımı müşahidə olunur”.

Xəbər lenti