Xəzər Xəbər

Benzinin qiymətinin artması dəmir yolu tariflərinə təsir etməyəcək

İqtisadiyyat | 11:42 • 17 İyul 2017
Benzinin qiymətinin artması dəmir yolu tariflərinə təsir etməyəcək

Azərbaycanda "Aİ-92” markalı avtomobil benzininin qiymətinin artırılması dəmir yolu tariflərinə təsir göstərməyəcək.


Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova AZƏRTAC-a deyib.


O bildirib ki, "Aİ-92” markalı benzinin qiymətində edilən dəyişiklik dəmir yolu ilə yük və sərnişindaşıma tariflərinə təsir etməyəcək. Çünki dəmir yollarında qatarların hərəkəti üçün digər yanacaq növlərindən və elektrik enerjisindən istifadə olunur. Tariflərin artırılması məsələsi gündəlikdə yoxdur.


Qeyd edək ki, iyulun 14-də Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il iyulun 15-dən qüvvəyə minib.

Xəbər lenti