Xəzər Xəbər

Qax-İlusuda dincəlmək neçəyədir? - “od qiymətinə...”

İqtisadiyyat | 16:58 • 16 İyul 2017
Qax-İlusuda dincəlmək neçəyədir? - “od qiymətinə...”

Qax-İlusuda ən ucuz istirahət kənd evləri və kotteclərdə mümkündür.


Bu barədə BakuPost.az-a turizm firmasında çalışan menecer bildirib.

Onun sözlərinə görə, kənd evində qonaqlayarkən 4 nəfərlik otaqda adambaşına 30 manat ödəmək lazım olur.

Bundan başqa bu qiymətə kotteclərdə də qalmaq olar. Bu zaman səhər yeməyi pulsuz verilir. Qax-İlusuda ən baha qiymət isə 188 manatdır.

Bir gün üçün bu qiyməti ödəməklə iki nəfər hoteldə həm qonaqlaya bilər, həm də gün ərzində 3 dəfə yemək əldə edə bilərlər.

Bundan başqa bu qiymətə SPA xidmətlərdən istifadə də daxildir.

Qeyd edək ki, bu bölgənin otellərində doluluq 70-80 % təşkil edir.

Xəbər lenti