Xəzər Xəbər

Bu ilin 5 ayında bank sektorunu 913 nəfər tərk edib

İqtisadiyyat | 17:15 • 12 İyul 2017
Bu ilin 5 ayında bank sektorunu 913 nəfər tərk edib

2017-ci ilin may ayının 31-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16034 nəfər təşkil edib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, mayda 180 nəfər bank sektoru ilə vidalaşıb. Belə ki, mayın 1-ə olan statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16214 nəfər olub.

Ümumiyyətlə, bu ilin 5 ayında bank sektorunu 913 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, mayın 31-ə olan göstəriciyə əsasən, ölkədə 31 bank fəaliyyət göstərir ki, bunu da 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 16 olaraq qalır.

Xəbər lenti