Xəzər Xəbər

Azərbaycan banklarının aktivləri 30,1 mlrd. manatdır

İqtisadiyyat | 17:07 • 12 İyul 2017
Azərbaycan banklarının aktivləri 30,1 mlrd. manatdır

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından xezerxeber.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.

Xəbər lenti