Xəzər Xəbər

Bankların xalis mənfəəti 178 mln. manatı ötüb

İqtisadiyyat | 16:59 • 12 İyul 2017
Bankların xalis mənfəəti 178 mln. manatı ötüb

2017-ci il mayın 31-nə bank sektorunun xalis mənfəəti 178,2 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir. Məlumata görə, bu ilin beş ayında bankların faiz gəlirləri 432,2 mln. manat, faiz xərcləri isə 407,5 mln. manat olub.

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 248,6 mln. manat vəsait ayrılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti