Xəzər Xəbər

Pirallahıda şpris istehsal edən zavod tikiləcək

İqtisadiyyat | 13:26 • 12 İyul 2017
Pirallahıda şpris istehsal edən zavod tikiləcək

Pirallahı Sənaye Parkının yeni rezidenti – "Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbatı yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

Xəbər lenti