Xəzər Xəbər

Bakıda daha bir marşrut xətti dəyişdirildi

İqtisadiyyat | 14:32 • 11 İyul 2017
Bakıda daha bir marşrut xətti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Xəbər lenti