Xəzər Xəbər

11 bank üzrə 741 mln. 146 min manatdan artıq kompensasiya ödənilib

İqtisadiyyat | 09:10 • 11 İyul 2017
11 bank üzrə 741 mln. 146 min manatdan artıq kompensasiya ödənilib

Ləğv prosesində olan "Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 mln. 601 min manat olmaqla onlardan 50 mln. 713 min manatı qorunan əmanətlər, o cümlədən 43 mln. 884 min manatı kompensasiya olunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondundan xezerxeber.az-a verilən məlumata görə, 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 mln. 222 min manatdan artıq kompensasiya ödənilib, (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 mln. 116 min manat olmaqla onlardan 75 mln. 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 mln. 675 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 65 mln. 732 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 90,4 %-i) və 6 mln. 942 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 mln. 191 min manat olmaqla onlardan 29 mln. 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 mln. 910 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 mln. 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,5 %-i) və 138 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Dekabank KB” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 mln. 360 min manat olmaqla onlardan 3 mln. 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 mln. 127 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 mln. 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 mln. 024 min manat olmaqla onlardan 26 mln. 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 mln. 614 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 mln. 350 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 mln. 996 min manat olmaqla onlardan 6 mln. 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 090 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,9 %-i) və 86 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan QSC "Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manat olmaqla onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 542 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 611 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manat olmaqla onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86,1 %-i) və 292 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb.

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 124 mln. 732 min manat olmaqla onlardan 122 mln. 366 min manatı qorunan əmanətlər, o cümlədən 24 milyon 937 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 24 mln. 191 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 97 %-i) və 746 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb. "Gəncəbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 177 min manat olmaqla onlardan 1 mln. 553 min manatı qorunan əmanətlər, o cümlədən 1 mln. 39 min manatı kompensasiya olunan əmanətlərdir. fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 976 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 93,9 %-i) və 63 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. "Texnikabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 163 mln. 154 min manat olmaqla onlardan 161 mln. 796 min manatı qorunan əmanətlər, o cümlədən 122 mln. 642 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 120 mln. 458 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 2 mln. 183 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.

Xəbər lenti