Xəzər Xəbər

Dünya Neft Şurasının sədri: "Azərbaycan məsuliyyətli ölkədir"

İqtisadiyyat | 18:24 • 10 İyul 2017
Dünya Neft Şurasının sədri: "Azərbaycan məsuliyyətli ölkədir"

"Azərbaycan investisiyalarına da, təbii qaz ixracatına məsuliyyətlə yanaşır”.


Bunu Dünya Neft Şurasının sədri Cozef Tot deyib.

Avropanın qaz tədarükçüsü kimi Azərbaycanın roluna toxunan C.Tot deyib ki, ölkəmiz müqavilə şərtlərinə məsuliyyətlə yanaşır və yerinə yetirir.

"Azərbaycanla bağlı dərin məlumatlarım var. XXII Dünya Neft Konqresində iştirak edən nümayəndələr ilə qısa fikir mübadiləsi aparmışıq. Prezident İlham Əliyevin çıxışından da gördüm ki, Azərbaycan bütün investisiyalarına və tədarük müqavilələrinə məsuliyyətli şəkildə əməl edir. Azərbaycan ixracatçı və tranzit ölkələrin çox sabit olmasının vacibliyini yaxşı başa düşür. Bir tərəfdən investisiyaların, digər tərəfdən isə tranzit keçidlərin təhlükəsiz olması üçün hökumətlərin sabitliyi lazımdır. Prezident İlham Əliyev Avropa ölkələrinə təbii qaz ixrac etmək sahəsində Azərbaycanın yeni bir mənbə olduğunu deyib. Söhbət kəmərlə ixrac edilən qazdan gedir. Enerji və kəmərlə ixrac edilən qaz arasında fərq var. Azərbaycan qazı Avropa üçün fərqli bir mənbədir. Burada ən mühüm məsələ məsuliyyətdir və Azərbaycan bu işlərə böyük məsuliyyətlə yanaşır”, - deyə o bildirib. (APA)

Xəbər lenti