Xəzər Xəbər

“OPEC+” sazişinin iştirakçıları hasilatı 106 faiz azaldıblar

İqtisadiyyat | 15:06 • 10 İyul 2017
“OPEC+” sazişinin iştirakçıları hasilatı 106 faiz azaldıblar

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Mohammed Barkino bildirib ki, neft hasilatının azaldıması üzrə saziş iştirakçıları iyun ayında hasilatı 106 faiz azaldıblar.


AZƏRTAC "vesti.ru”ya istinadla xəbər verir ki, OPEC-in baş katibinin sözlərinə görə, bu göstərici may ayının səviyyəsini ötüb. Bu isə o deməkdir ki, saziş iştirakçıları öhdəliyi artıqlaması ilə yerinə yetiriblər.


Bazarda neftin balansı bərpa olunmadığı üçün may ayında OPEC və qrupa daxil olmayan bəzi istehsalçılar öz sazişlərini 2018-ci ilin mart ayınadək doqquz ay müddətinə uzadıblar.


OPEC üzvləri neft qiymətlərinin sabitləşməsi məqsədilə Vyanada keçən il noyabrın 30-da neft hasilatını oktyabr səviyyəsindən gündəlik 1,2 milyon barrel azaltmaq barədə razılığa gəliblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaltmaq barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti