Xəzər Xəbər

Qızıl 13 dollardan çox ucuzlaşıb

İqtisadiyyat | 10:43 • 8 İyul 2017
Qızıl 13 dollardan çox ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,44% - 21414,34 bəndədək, S&P 500 0,64% - 2425,18 bəndədək, NASDAQ isə 1,04% - 6153,08 bəndədək bahalaşıb.

 Avropa fond bazarlarında FTSE 100 indeksi 0,19% - 7350,92 bəndədək, Almaniya DAX-ı 0,06% - 12388,68 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,14% - 5145,16 bəndədək azalıb.


COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,60 dollar ucuzlaşaraq 1209,70 dollara, gümüş isə 0,56 dollar azalaraq 15,43 dollara satılıb. (APA)

Xəbər lenti