Xəzər Xəbər

Azərbaycan Gürcüstanın yanacağa olan tələbatının 14%-ini ödəyir

İqtisadiyyat | 15:49 • 7 İyul 2017
Azərbaycan Gürcüstanın yanacağa olan tələbatının 14%-ini ödəyir

2017-ci ilin iyun ayında Gürcüstan 85 min ton neft məhsulu idxal edib ki, bu da 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 6 min ton və ya 0,7% azdır.

 

"APA-Economics" xəbər verir ki, cari ilin I yarısında Gürcüstan 456,7 min ton benzin və dizel yanacağı idxal edib. Başqa sözlə, qonşu ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,6 min ton və 13,7% çox benzin və dizel yanacağı idxal olunub. Ötən ay Gürcüstana 39 min ton benzin, 46 min ton dizel yanacağı gətirilib.

 

İdxalın böyük hissəsi Rumıniyanın payına düşür. Belə ki, Gürcüstan Rumıniyadan 29 min ton yanacaq alıb ki, bu da ümumi idxalın 31,6%-nə bərabərdir. Türkmənistan qonşu ölkəyə 20,3 min ton (23,9%), Bolqarıstan 11,8 min ton (13,9%), Azərbaycan 11,7 min ton (13,8%), Rusiya 9,7 min ton (11,4%), Yunanıstan 4,4 min ton (5,2%), Ukrayna isə 2 min ton (0,2%) yanacaq satıb.

 

İyunda Gürcüstan 1,6 min ton bitum idxal edib.

Xəbər lenti