Xəzər Xəbər

ÜDM-nin 80 faizi özəl sektorun hesabına formalaşır - Nazir müavini

İqtisadiyyat | 10:25 • 5 İyul 2017
ÜDM-nin 80 faizi özəl sektorun hesabına formalaşır -

Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təqribən 80 faizi özəl sektorun hesabına formalaşır ki, bu da hazırda müsbət nailiyyətdir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Ticarətə hazır ol" layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, hələ bir neçə il əvvəl ölkə iqtisadiyyatı əsasən dövlət sektoru hesabına formalaşırdı:

"Lakin aparılan islahatlar və özəl sektora göstərilən diqqət bu müsbət nəticələrin əldə olunmasına imkan verdi".

Xəbər lenti