Xəzər Xəbər

SOCAR-ın satdığı xam neft iyunda ucuzlaşıb

İqtisadiyyat | 16:47 • 3 İyul 2017
SOCAR-ın satdığı xam neft iyunda ucuzlaşıb

SOCAR iyun ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

Dövlət şirkətindən xezerxeber.az-a verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,53 dollara, Urals nefti 45,97 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 47,51 dollara satılıb.

Qeyd edək ki, mayda dünya bazarında Brent tipli xam neftin 1 bareli 50,43 dollara, Urals nefti 49,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,55 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 7,73%, Urals neftinin qiyməti 6,94%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 7,84% azalıb.

Ötən ilin iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,34 dollara, Urals nefti 47,15 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,41 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 3,74%, Urals neftinin qiyməti 2,50%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 3,85% azalıb.

Xəbər lenti