Xəzər Xəbər

"Reuters" "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu azaldıb

İqtisadiyyat | 12:49 • 3 İyul 2017
"Reuters" "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu azaldıb

"Reuters" agentliyi 2017-ci ildə neftin orta qiyməti ilə bağlı mütəxəssislər arasında sorğu keçirib.


"APA-Economics" xəbər verir ki, 36 iqtisadçı və analitikin iştirak etdiyi sorğunun konsensus nəticəsi onu deməyə əsas verir ki, "Brent" markalı neftin 1 barelinin orta qiyməti 2017-ci ildə 53,96 dollar təşkil edəcək. Əvvəlki proqnoz 55,57 dollar üzərində qurulub.


Ekspertlər hesab edir ki, bu il WTI markalı nefti orta qiyməti 51,92 olacaq. Bunadək proqnoz 53,52 dollar idi.

Xəbər lenti