Xəzər Xəbər

Dörd bankın əmlakı satışa çıxarılıb

İqtisadiyyat | 18:00 • 30 İyun 2017
Dörd bankın əmlakı satışa çıxarılıb

Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb.


Bu barədə xezerxeber.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal Bank” ASC-nin balansında olan avtomobili, Ləğv prosesində olan ”Gəncəbank” ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan ”Atra Bank” ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılır.

Maraqlanan şəxslərdən daha ətraflı məlumat almaq üçün linkə daxil olmaqları xahiş olunur.

Xəbər lenti