Xəzər Xəbər

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

İqtisadiyyat | 10:35 • 30 İyun 2017
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən xezerxeber.az-a verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Xəbər lenti