Xəzər Xəbər

Dünya bazarında neft bahalaşmağa başlayıb

İqtisadiyyat | 16:30 • 29 İyun 2017
Dünya bazarında neft bahalaşmağa başlayıb

ABŞ-da Energetika Nazirliyinin ölkədə "qara qızıl” ehtiyatının azalması barədə proqnozundan sonra dünya bazarlarında neft bahalaşıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Brent” markalı neftin qiyməti 1,16% artaraq 48,09 dollara qədər artıb. Avqust ayı üçün WTI markalı neftin 1 bareli isə 1,27% artaraq 45,3 dollara çatıb.

ABŞ-da neft ehtiyatlarının azalması Meksika körfəzində baş verən tropik qasırğa ilə əlaqələndirilir.

Xəbər lenti