Xəzər Xəbər

Azərbaycan antiterror siyahısını genişləndirdi

İqtisadiyyat | 13:40 • 29 İyun 2017
Azərbaycan antiterror siyahısını genişləndirdi

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti Çin vətəndaşı Abdul Haq və Fələstin vətəndaşı Bubeker Bulqitini terrorçuluğa dəstəyə görə beynəlxalq sanksiyaların şamil olunduğu şəxslərin siyahısına daxil edib.

Trend-in MBNP-nin Maliyyə Monitorinqi Xidmətinə istinadən məlumatına görə, həmin şəxslər "Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına dəstək göstərdiyinə görə axtarışa verilib.

Bu, 2017-ci ildə siyahıda edilmiş 15-ci dəyişiklikdir.

Xəbər lenti