Xəzər Xəbər

FED rəhbəri kritik açıqlama yaydı: DOLLAR BİR ANDA BAHALAŞDI

İqtisadiyyat | 12:09 • 28 İyun 2017
FED rəhbəri kritik açıqlama yaydı:

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellən daha bir kritik açıqlama ilə çıxış edib.

Yellən yaydığı yazılı açıqlamada bankların güclü olduğuna işarə edəərk görülən tədbirlər nəticəsində maliyyə böhranının gözlənilmədiyini açıqlayıb.

Canet Yellənın açıqlamasında o da vurğulanır ki, bankların uzun müddət belə bir problem yaşayacağı gözlənilmir. FED-in böhrandan dərs aldığını deyən Yellən sistemdəki riskli nöqtələri tapmaq üçün də fəaliyyət göstərdiklərini vurğulayıb.

Yellənin açıqlamasından sonra dolların məzənnəsində artım qeydə alınıb. Lakin bu artımın müsəlman ölkələrində Ramazan bayramı başa çatdıqdan sonra birjadakı fəaliyyətin sürətlənməsi ilə daha da çox olacağı təxmin edilir.

Xəbər lenti