Xəzər Xəbər

"Qazprom" Türkiyə bazarını tərk edir

İqtisadiyyat | 11:51 • 28 İyun 2017
"Qazprom" Türkiyə bazarını tərk edir
Rusiyanın "Qazprom” şirkəti Türkiyə bazarındakı öz payını "Bosphorus gas" və "Akfel Holding" şirkətlərinə satmağı düşünür. Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Rusiya şirkəti öz payını satacağı təqdirdə Türkiyənin daxili bazarından tamamilə çıxa bilər.

Məlumata görə, "Qazprombank" Rusiyadan Türkiyəyə ixrac olunan qaza nəzarət edən "Promak" şirkətini də tərk etmək qərarına gəlib.

"Qazprom" şirkəti 2017-ci il mayın əvvəlində "Türk axını"nın dəniz hissəsinin tikintisinin başlanması haqqında məlumat verib. Qaz kəməri 15,75 milyard kubmetr təşkil etməlidir. Kəmərin tikintisinin 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır./faktxəbər

Xəbər lenti