Xəzər Xəbər

Neftin və qızılın qiymətində artım var

İqtisadiyyat | 11:12 • 24 İyun 2017
Neftin və qızılın qiymətində artım var

Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 21 394,76 bəndədək ucuzlaşıb, S&P 500 0,16% - 2 438,30 bəndədək, NASDAQ isə 0,46% - 6 265,25 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% - 7 424,13 bəndədək, Almaniya DAX-ı 0,47% - 12 733,41 bəndədək, Fransa CAC-40-ı isə 0,30% - 5 266,12 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7 dollar bahalaşaraq 1 256,40 dollara, gümüş isə 0,13 dollar bahalaşaraq 16,71 dollara satılıb.

********

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar və ya 0,27% artaraq 43,01 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,02 dollar və ya 0,46% artaraq 45,68 dollar olub.

Xəbər lenti